Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
# 12 yanvar 2018 08:14 (UTC +04:00)

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı (təkrar) keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 yanvarda təşkil olunacaq. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 13 yanvar tarixində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. DİM-dən təkrar imtahanda iştirak etmək istəyənlərin bunu nəzərə almaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR