Hava soyuyacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Hava soyuyacaq, yollar buz bağlayacaq - <span style="color: red;">XƏBƏRDARLIQ
# 12 yanvar 2018 09:54 (UTC +04:00)

Yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii S Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR