Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
# 12 yanvar 2018 12:36 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, kollegiyada 2017-ci ildə komitə tərəfindən görülmüş işlərə dair hesabat və 2018-ci il üçün qarşıda duran vəzifələr müzakirə edilib. Həmçinin komitə tərəfindən təsis edilən publik hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması, işinin müasir tələblərə uyğun qurulması, sahibkarların müraciətlərinə baxılması və qəbulunun təkmilləşdirilməsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Komitənin normativ hüququ aktlarında bir sıra dəyişikliklərin edilməsi təklif olunub.

İclasda Komitənin Aparatı, komitənin təsis etdiyi publik hüquqi şəxslər, Respublika Elmi-Texniki Kitabxananın rəhbərlərinə 2018-ci il ərzində qarşıda duran vəzifələrin icrasını təmin etmək barədə tapşırıqlar verilib. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” prezident İlham Əliyevin 2011-ci il 23 may tarixli fərmanında dəyişikliklər edilməsi barədə” prezidentin 2017-ci il 16 may tarixli fərmanının 2.4-cü və prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Komitənin normativ hüququ aktlarında dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR