İranda dörd qadın qətlə yetirilib

İranda dörd qadın qətlə yetirilib
# 12 yanvar 2018 12:43 (UTC +04:00)

İranda dörd qadın qətlə yetirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün Kirmanşahda qəbiristanlıq ərazisində baş verib.

Avtomobildə olan naməlum şəxs qadınlara odlu silahdan atəş açaraq onları öldürüb.

Hadisəni törədən şəxsin qətlə yetirilən qadınların yaxın qohumu olduğu bildirilir. Belə ki, qatil ölən qadınların əmisidir. O bu qətli qardaşı uşaqları ilə aralarında olan ixtilafa törədib.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri görülür.

Kirmanşah İranın qərbində və İraqla sərhəddə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR