Gəncədə üç avtomobil toqquşub

Gəncədə üç avtomobil toqquşub
# 12 yanvar 2018 17:25 (UTC +04:00)

Gəncədə zəncirvari qəza baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan “Volkswagen” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirən zaman “Opel”ə çırpılıb. Zərbənin təsirindən “Opel” “Mercedes”ə dəyib. Qəza zamanı xəsarət alan olmasada avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR