Kestutis Yankauskas: "2018-ci ilin Azərbaycan və Aİ arasında daha məhsuldar il olacağını düşünürəm"

Kestutis Yankauskas: "2018-ci ilin Azərbaycan və Aİ arasında daha məhsuldar il olacağını düşünürəm"
# 12 yanvar 2018 17:54 (UTC +04:00)

"2018-ci ilin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında daha dinamik, məhsuldar il olacağını düşünürəm".

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, 2018-ci ildə Aİ Azərbaycanda bir sıra mədəni tədbirlər həyat keçirməyi düşünür: " Yeni layihələr, sazişlərlə bağlı danışıqların davam etdirilməsi, yeni razılaşmaların olması gözlənilir. "İmagine" festivalını bu il də davam etdirəcəyik. Bölgələrə səfərlərimiz gözlənilir".

2018-ci ilin Azərbaycanda Cümhuriyyət ili elan olunduğunu xatırladan səfir deyib ki, Avropa Cümhuriyyətin 100 illiyinin qeyd edilməsində Azərbaycanla birlikdə olacaq, Azərbaycanın dəyərlərini təşviq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR