İsrail ordusu ilə toqquşmalarda 290 fələstinli xəsarət alıb - YENİLƏNİB

İsrail ordusu ilə toqquşmalarda 290 fələstinli xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 13 yanvar 2018 00:38 (UTC +04:00)

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 300-ə yaxın fələstinli xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanvarın 12-də xəsarət alanların sayı 290 nəfərə çatıb. Onlardan 45-i döyüş gülləsi, 30 nəfər isə rezin güllələrdən xəsarət alıb. 215 nəfər gözyaşardıcı qazdan zəhərlənib”, - deyə Cəmiyyətin nümayəndəsi İrab əl Fukah bildirib.

Fələstinin Səhiyyə nazirliyindən ağır yaralıların olmadığını bildiriblər.

***

01:34

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 73 fələstinli yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyinə Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

“Yanvarın 12-də iğtişaşlar zamanı 73 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 200-dən çoxu gözyaşardıcı qazdan zəhərlənib”, məlumatda deyilir.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar bir aydan çoxdur ki, davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR