Braziliyada yol qəzası nəticəsində azı 13 nəfər ölüb

Braziliyada yol qəzası nəticəsində azı  13 nəfər ölüb
# 14 yanvar 2018 02:46 (UTC +04:00)

Braziliyanın Minas Jerays ştatında ağır yol qəzası nəticəsində azı 13 nəfər ölüb, 39 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iki mikroavtobus, iki minik və yük maşını toqquşduqdan sonra hadisə yerində yanğın başlayıb, yolun hər iki istiqamətdə avtomobillərin hərəkətində problem yaranıb.

Qəza Belu-Orizonti şəhərinə aparan magistral yolda baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR