Peruda güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib - YENİLƏNİB

Peruda güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib - <span style="color: red;">YENİLƏNİB
# 14 yanvar 2018 12:05 (UTC +04:00)

Peruda 73 maqnitudalı zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Sakit okean üzrə Xəbərdarlıq Mərkəzi Peru sahillərində güclü zəlzələdən sonra sunami təhlükəsi elan edib.

Peru sahilləri 0,3 metrdən 1 metrə qədər hündürlükdə sunami təhlükəsi ilə üzləşib.

***

saat 14.00

Bu gün Peru sahillərində 7,3 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 4.18 radələrində Akari qəsəbəsindən 31 km cənub-qərbdə, Yauka şəhərindən 19 km uzaqlıqda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR