Əfqanıstanda 5,3 maqnitudalı zəlzələ olub

Əfqanıstanda 5,3 maqnitudalı zəlzələ olub
# 14 yanvar 2018 11:32 (UTC +04:00)

Bu gün Əfqanıstanın şimalında 5,3 maqnitudalı zəlzələ baş verib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Fayzabad şəhərindən 71,1 km uzaqlıqda, 204,2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR