Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar artıb

Daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar artıb
# 19 yanvar 2018 08:15 (UTC +04:00)

2017-ci ilin dekabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 9641 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan "APA-Economics"ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 mln. 855 min 67 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 6540-ı yaşayış evləri və mənzillər, 36-sı inzibati binalar, 3065-i isə digər daşınmaz əmlakla bağlı olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 50% azalma, sığorta haqlarının məbləğində isə 106% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 293, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 18 750 manat təşkil edib.

Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 8 sığorta müqaviləsi bağlanıb, sığorta haqlarının həcmi 10 318 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR