Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-2
# 20 yanvar 2018 08:07 (UTC +04:00)

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbiri bildirir ki, bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.

F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250 kv.metri yanıb.

Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.

Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

***

11.04

Bakının Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

10.02

Bakıda yaşayış binasında yanğın davam edir.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

***

09.05

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Səbail rayonunda, Neftçilər prospektinin "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR