Azərbaycandan Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq

Azərbaycandan Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq
# 13 fevral 2018 09:07 (UTC +04:00)

Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakiminin statusu Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihə barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulan təminatlar Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə seçilmiş hakimə də şamil ediləcək. Layihə səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR