Azərbaycan və Gürcüstan parlamentlərinin gənclər və idman komitələri əməkdaşlıq edəcək

Azərbaycan və Gürcüstan parlamentlərinin gənclər və idman komitələri əməkdaşlıq edəcək
# 13 fevral 2018 10:08 (UTC +04:00)

Tbilisidə Gürcüstan və Azərbaycan parlamentlərinin gənclər və idman komitələri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sənədi komitə sədrləri Mixeil Kavelaşvili və Fuad Muradov imzalayıb.

F. Muradov komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını əhəmiyyətli adlandırıb: “Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq”.

M.Kavelaşvili öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb: “Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR