Komitə sədri: “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı qanunlarda uyğunlaşma aparılmalıdır

Komitə sədri: “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı qanunlarda uyğunlaşma aparılmalıdır
# 13 fevral 2018 13:51 (UTC +04:00)

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı digər qanunlarda uyğunlaşma aparılmalıdır.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hər bir azad zonada bütün münasibətlər daxili qaydalarla tənzimlənir. "Çünki, investor daxili qaydalar olmasa, ölkənin bütün qanunvericiliyi ilə tanış ola bilməz. Qanun layihəsi hazırlanarkən dünyada tanınmış beş şirkətdən birini dəvət etmişik. Ona görə, bu layihənin hazırlanmasında qabaqcıl dünya təcrübəsindən istifadə olunub. Ələti daha cəlbedici etmək üçün bu layihə hazırlanıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR