Şəmkir sakini darvazanın altında qalaraq ağır xəsarət alıb

Şəmkir sakini darvazanın altında qalaraq ağır xəsarət alıb
# 13 fevral 2018 14:06 (UTC +04:00)

Şəmkir sakini ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərxan kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Nəbiyev Zülfüqar Hətəm oğlu darvaza quraşdıran zaman dəmir qapı onun üzərinə aşıb. 50 yaşlı kişi ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR