Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırıb

Türkiyə Yunanıstanı Egey dənizindəki gərginliyi azaltmağa çağırıb
# 13 fevral 2018 21:23 (UTC +04:00)

Türkiyənin baş naziri Binəli Yıldırım yunanıstanlı həmkarı Aleksis Tsipras ilə telefon danışığı zamanı Afinanı Egey dənizində iki ölkə arasında yaranmış gərginliyi azaltmağa çağırıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Binəli Yıldırım Aleksis Tsiprasa

Egey dənizindəki vəziyyətlə əlaqədar narahatlığını bildirib. Baş nazirlər problemin dialoq yolu ilə həll olunmasının vacibliyini qeyd edərək, hər iki ölkənin hərbi qurumlarının nümayəndələri arasında məsələ ilə bağlı görüşün keçirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, ötən gün Egey dənizindəki mübahisəli adaların yaxınlığında Türkiyəyə məxsus patrul kateri Yunanıstanın Sahil Mühafizə gəmisi ilə toqquşub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yunanıstan tərəfi insidentlə əlaqədar etiraz bildirərək, Türkiyə səfirini XİN-ə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan insidentdə görə məsuliyyəti Yunanıstan tərəfinin üzərinə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR