“Qafqaz Otellər Şəbəkəsi” ilin ən yaxşı otel şəbəkəsi seçilib

“Qafqaz Otellər Şəbəkəsi” ilin ən yaxşı otel şəbəkəsi seçilib
# 14 fevral 2018 06:45 (UTC +04:00)

Fevralın 10-da Respublikanın ən tanınmış nominasiya institutlarından biri olan “Azeri Business Awards” milli nominasiya qurumu “İlin ən yaxşı otellər şəbəkəsi” nominasiyası üzrə “Qafqaz Otellər Şəbəkəsi”ni təltif edib.

2009-cu ildən fəaliyyət göstərən qurum hər ilin yekununda ilin ən səmərəli və öndə gedən biznes vahidlərini ictimai rəy əsasında apardığı seçimlə müxtəlif kateqoriyalar üzrə təltif etməkdədir. Bu il keçirilən sorğu əsasında ilin ən yaxşı xidmət standartlarına cavab verən otel və otellər şəbəkəsi nominasiyasında “Qafqaz Otelləri” ilk sıraya çıxıb.

“Qafqaz Otellər Şəbəkəsi”nin daxil olduğu “Gilan Hospitality Group”un icraçı direktoru Elgün Məmmədov bu xoş hadisə ilə bağlı öz fikirlərini bildirib. “Artıq bir neçə illərdir ki, Qafqaz Otelləri regionda Azərbaycan qonaqpərvərliyini, milli özünəməxsusluğu ilə beynəlxalq standartlara cavab verən otellər şəbəkəsi kimi fəaliyyət göstərir. Otellərimiz həm yerli həm də xarici qonaqlara milli kulinariya nümunələrini və möhtəşəm Azərbaycan qonaqpərvərliyini tanıtmaqdadır. Qafqaz Otellər şəbəkəsinin bu mükafata layiq görülməsi, bütün əməkdaşlarımızın əzimli və durmadan çalışması sayəsində otellərimizə və qonaqlarımıza verdiyi töhfənin nəticəsidir. Bu gün Qafqaz otelləri nəinki Azərbaycanda həm də regionda öz nüfuzunu durmadan artıran bir brenddir və ümidvaram ki, bu mükafat bizim otellərimizin daha da çiçəklənməsinə və gələcəkdə dünya nüfuzlu brende çevrilməsində təkan olacaq”.

“Gilan Hospitality Group” Azərbaycanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı, Qəbələ və Lənkəran şəhərlərində yerləşir.

“Gilan Hospitality Group” tərəfindən idarə olunan otellər 3 qrupa bölünür: şəhər otelləri, rezort otellər və butik otellər. Şirkətin idarəçiliyində “Qafqaz Hotels&Resorts” brendi altında fəaliyyət göstərən “Qafqaz Otelləri”, “Pullman Bakı Oteli” və “Chenot Palace Qəbələ” otelləri ilə yanaşı, Heydər Əliyev adına “Qəbələ Konqres Mərkəzi” və “Qəbələnd Tematik Əyləncə Parkı” daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR