Nazir müavini: "Sentyabrda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı "Bakı prinsipləri" layihəsinin qəbul edilməsi gözlənilir"

Nazir müavini: "Sentyabrda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı "Bakı prinsipləri" layihəsinin qəbul edilməsi gözlənilir"
# 14 fevral 2018 08:03 (UTC +04:00)

"Azərbaycan və BMT "Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı prinsipləri" layihəsinin bu ilin sentyabr ayında Bakıda keçiriləcək hökumətlərarası forumda qəbul edilməsi gözlənilir".

"APA-Economics"in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün Bakıda keçirilən İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi (MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda bu prinsiplər üzərində işlər aparılır: "İnanırıq ki, Bakı Prinsipləri sənədi bu il qəbul ediləcək".

Nazir müavini deyib ki, Azərbaycan yoxsulluğun 10 dəfə azalmasına nail olan azsaylı ölkələrdəndir: "Yoxsulluğun azaldılmasında ölkə başçısının rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasət öz rolunu oynayıb. 2003-cü ilə nisbətən hazırda ölkədə işsizlik 5 faizə qədər azalıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR