“Texniki Tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb

“Texniki Tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb
# 14 fevral 2018 09:26 (UTC +04:00)

“Texniki Tənzimləmə haqqında” qanun layihəsi hazırlanıb.

APA-Economics” xəbər verir ki, qanun layihəsi 4 fəsil, 18 maddədən ibarətdir.

Qanun layihəsi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləməninin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edir.

Qanun layihəsinə əsasən, dövlət texniki tənzimləmə sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edəcək, texniki tənzimləmə sisteminin yaradılması və fəaliyyətini, texniki tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığı təmin edəcək.

Bundan başqa, yeni qanun layihəsi ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə milli standartlaşdırma qurumu tərəfindən Məlumat Mərkəzi yaradılacaq.

Eyni zamanda, istehlak bazarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR