Balaxanı Bərk Məişət Tullantıları Zavodunda emal nəticəsində istehsal olunan enerjinin həcmi açıqlanıb

Balaxanı Bərk Məişət Tullantıları Zavodunda emal nəticəsində istehsal olunan enerjinin həcmi açıqlanıb
# 13 mart 2018 09:54 (UTC +04:00)

"Bu gün Balaxanı Bərk Məişət Tullantıları Zavodu illik olaraq 500 min ton bərk məişət tullantıları emal etmək gücündədir. Bu emal nəticəsində 231 mln. KV saat elektrik enerjisi istehsal edilir".

APA-Economics”in məlumatına görə, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu zavod ən sərt ekoloji tələblərə cavab verən dördüncü nəsil texnologiyalarla inşa edilib: “Zavod 10 min ton tibbi tullantını utilizasiya etmək gücündədir. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külü ötən ilin dekabr ayında Balaxanı qəsəbəsinin ümumi sahəsi 43 min kubmetr təşkil edən yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR