Cabir Novruza həsr olunan ədəbi-bədii gecə keçirilib

Cabir Novruza həsr olunan ədəbi-bədii gecə keçirilib
# 13 mart 2018 10:23 (UTC +04:00)

Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq şairi Cabir Novruzun 85 illiyinə həsr olunmuş “Tələsin insanlar, əldə tutmağa” adlı ədəbi-bədii gecə keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin “Cabir Novruz” Mədəniyyət Fondu ilə birgə hazırladığı tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Xatirə gecəsində xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək görkəmli ədibin zəngin və mənalı ömür yolundan, yüksək insani keyfiyyətlərindən, çoxşaxəli yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edilib ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir.

Cabir Novruzun həyatının müxtəlif məqamlarını əks etdirən videomaterialların da təqdim olunduğu gecədə xalq artisti Əminə Yusifqızı, əməkdar artist Azad Şükürov şairin şeirlərini səsləndirib və tanımış müğənnilərin ifasında sözlərinə yazılmış mahnılar oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR