“Təmiz Şəhər” Xocasən gölünün təmizlənməsi ilə bağlı Dünya Bankı ilə danışıqlar aparır

“Təmiz Şəhər” Xocasən gölünün təmizlənməsi ilə bağlı Dünya Bankı ilə danışıqlar aparır
# 13 mart 2018 10:34 (UTC +04:00)

“Hazırda Zığ gölünün bərpası üzrə layihələndirmə işləri davam etdirilir”.

APA-Economics”in məlumatına görə, bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, payız aylarında bu işlər bitəcək. “Layihələndirmə işlərini Belçika şirkəti aparır. Layihələndirmə bitdikdən sonra dövlətin qərarı ilə gölün suyunun təmizlənməsinə başlanılacaq,” – deyə E. Abbasov qeyd edib.

E. Abbasov bildirib ki, gölün ümumi sahəsi 100 hektardan çoxdur: “Abşeron rayonunda olan doqquz gölün suyunun ekoloji təmizlənməsi nəticəsində bu işlər aparılır. Zığ gölünün təmizlənməsində sonra Xocasən gölündə təmizlənmə işlərinə başlanılacaq. Artıq bununla bağlı Dünya Bankı ilə danışıqlar gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR