"Bolqarıstan Avropa İttifaqına sədrliyi dövründə "Biz birlikdə güclüyük" ifadəsini özünə şüar seçib".
APA-nın xəbərinə görə, bunu Bolqarıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yanko Yanakiev ölkəsinin Aİ-də sədrliyi qəbul etməsinə həsr olunmuş tədbirdə çıxışında deyib.
Avropanın bu gün daha çox sabitliyə ehtiyacı olduğunu vurğulayan Y. Yanakiev bildirib ki, birlik ümumi məqsədlərə çatmağın açarıdır və bu şüar Bolqarıstanın sədrliyi dövründə üzv dövlətlər arasında birliyi qoruyub saxlamağa çalışacağı mesajını verir: "Bolqarıstan sədrliyi dövründə gənclərin üzləşdiyi problemlərin həlli, ətraf mühit təhlükəsizliyi ilə bağlı istiqamətdə işlər aparacaq. Sədrliyimiz dövründə diqqətimiz iqtisadi artım, sosial birlik və gənclərin inkişafı məsələsinə köklənəcək".
Diplomat əlavə edib ki, enerji təhlükəsizliyini düşünmədən sabit Avropadan söhbət gedə bilməz: "Avropanın qaz təchizatı baxımından Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti var və bu layihənin həyata keçirilməsində Azərbaycan əsas vasitəçidir".
Bolqar diplomat: "Enerji təhlükəsizliyini düşünmədən sabit Avropadan söhbət gedə bilməz"
13 mart 2018 14:03 (UTC +04:00)
Xarici siyasət
Aİ Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
21:10
19 aprel 2024
Azərbaycanla Qazaxıstan arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO
20:10
19 aprel 2024
Ceyhun Bayramov Əlcəzair səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
18:52
19 aprel 2024
Ceyhun Bayramov İtaliyanın həssas zamanda ədalətli mövqe sərgilədiyini bildirib
18:17
19 aprel 2024