Gürcü nazir: “Etnik azlıqların nümayəndələri siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmalıdır”

Gürcü nazir: “Etnik azlıqların nümayəndələri siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmalıdır”
# 13 mart 2018 14:43 (UTC +04:00)

“Gürcüstanda milli azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dilinin öyrənilməsi səviyyəsinin artırılması əsas vəzifə olaraq qalır”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili milli azlıqlarla bağlı fəaliyyət planının təqdimat mərasimində deyib.

O bildirib ki, milli azlıqlar arasında gürcü dilinin tədrisi səviyyəsinin artırılması istiqamətində gələcək illərdə bir sıra maraqlı layihələrin həyata keçiriləcəyi gözlənilir.

K. Tsixelaşvili etnik azlıqların nümayəndələrinin siyasət də daxil olmaqla, müxtəlif sahələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb: “2017-ci il bu sahədə yeniliklə yadda qaldı. Etnik azlıqlardan olan və “1+4” proqramının uğurlu tələbələri üçün dövlət strukturlarında təcrübə proqramı təşkil olundu. Milli azlıqlardan olan gənclərin peşə təcrübəsi qazanması çox vacibdir”.

Dövlət naziri əlavə edib ki, Gürcüstan dövlətinin vətəndaş inteqrasiyası sahəsi üzrə 2020-ci ilə qədər təsdiq olunmuş strategiyası var: “Strategiyanın əsas məqsədi etnik və dini mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın hər bir vətəndaşının ölkə həyatının bütün sahələrində özünü bərabərhüquqlu hesab etməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR