Təlim vaxtı ərazinin kəşfiyyatı aparılıb

Təlim vaxtı ərazinin kəşfiyyatı aparılıb
# 13 mart 2018 15:03 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.

MN-dən APA-ya verilən məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.

Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR