ABŞ-da prokurorluq 17 nəfəri qətlə yetirmiş yeniyetməyə ölüm hökmü tələb edib

ABŞ-da prokurorluq 17 nəfəri qətlə yetirmiş yeniyetməyə ölüm hökmü tələb edib
# 14 mart 2018 01:58 (UTC +04:00)

Prokuror ABŞ-ın Florida ştatında məktəblərdən birində 17 nəfəri qətlə yetirmiş yeniyetməyə ölüm hökmünün çıxarılmasını tələb edib.

APA-nın “Fox news”-a istinadən verdiyi xəbərə görə, iş üzrə növbəti məhkəmə iclası martın 14-nə təyin edilib.

Qeyd olunan insident fevralın 17-də Parklend şəhərində baş verib. Hadisədən sonra məktəbin sabiq şagirdi 1999-cu il təvəllüdlü Nikolas Kruz 17 nəfəri qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR