Məhkəmə AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib

Məhkəmə AzTV sədrini öldürməyə cəhddə təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib
# 14 mart 2018 08:33 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən Ş. Əkbərov məhkəmə tərkibinə etirazla bağlı vəsatət verib. O, vəsatətini məhkəmə tərkibinin işə qərəzli baxacağı ehtimalı ilə əsaslandırıb. Təqsirləndirilən şəxs hakim Əfqan Hacıyevin zərərçəkmiş Arif Alışanovla dost münasibətdə olduğunu bildirib.

Məhkəmə vəsatəti əsassız sayaraq təmin etməyib.

Hazırda proses davam etdirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR