Vergilər naziri Niderland Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

Vergilər naziri Niderland Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
# 14 mart 2018 09:43 (UTC +04:00)

Vergilər naziri Mikayıl Cabbarov Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Onno Kerverslə görüşüb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud durumu, Vergilər Nazirliyi ilə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüş zamanı, Azərbaycanda fəaliyyət göstərən Niderland şirkətlərinin fəaliyyəti barədə də fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR