Bakıda dostunu qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda dostunu qətlə yetirən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib
# 14 mart 2018 09:58 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyunun 24-də Suraxanı qəsəbəsində yaşayan R. Məmmədov evində münaqişə zəminində dostu Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR