Azərbaycanlılar BMT-nin Tbilisidəki ofisi qarşısında aksiya keçiriblər

Azərbaycanlılar BMT-nin Tbilisidəki ofisi qarşısında aksiya keçiriblər
# 14 mart 2018 10:49 (UTC +04:00)

Gürcüstanda bir qrup azərbaycanlı BMT-nin Tbilisidəki nümayəndəliyinin binası qarşısında dinc aksiya keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, aksiyada Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində günahsız müsəlmanların qətlə yetirilməsinə etiraz edilib.


Aksiyada "Körpələr qana qəltan olunmasın!", "Ali Səuda silah satılmasın!" şüarları səsləndirilib.

"Əhli-Beyt" Cəmiyyətinin axundu Elçin Daşdanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Yəməndə insanlığa qarşı cinayətləri qınamaq, qadın və uşaqlar daxil olmaqla, minlərlə dinc müsəlmanın qətlə yetirilməsi, ölkədə humanitar böhranın olması məsələsinə BMT-nin diqqətini cəlb etməkdir: "Yəmən əhalisinin 60 faizi aclıqdan əziyyət çəkir və ölkədə yoluxucu xəstəliklər yayılmaqdadır. Səudiyyə Ərəbistanı cinayətkar əməllərinə son qoymalıdır".

Sonda aksiyanın qətnaməsi oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR