Anqela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib

Anqela Merkel dördüncü dəfə Almaniyanın kansleri seçilib
# 14 mart 2018 11:12 (UTC +04:00)

Anqela Merkel dördüncü dəfə ardıcıl olaraq Bundestaqda Almaniyanın kansleri seçilib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, səsvermə zamanı 364 deputat onun lehinə, 315 deputat əleyhinə səs verib, 9 deputat isə bitərəf qalıb.

Almaniya prezidenti Frank-Valter Ştaynmayerin də iştirakı ilə Merkelin kansler seçilməsinə həsr olunmuş rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, A.Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR