Gürcüstanda milli azlıqları təmsil edən gənclərin dövlət idarələrində təcrübə keçməsi üçün növbəti proqram elan olunub.
APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili proqramın detallarını təqdim edib. O bildirib ki, təcrübə proqramının əsas məqsədi etnik azlıqların məşğulluğu ilə bağlı perspektivlərin yaxşılaşdırılmasıdır: “Bu proqram gənclərin gələcək karyeraları üçün unikal şansdır. Təcrübə proqramı etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası prosesinə əhəmiyyətli töhfə verəcək”.
Tədbirdə çıxış edən təhsil və elm nazirinin müavini Lia Giqauri “1+4” proqramının müsbət nəticələri barədə danışıb: “Təcrübə proqramı milli azlıqlardan olan gənclər üçün peşə təcrübəsinə yiyələnmək baxımından çox vacibdir. Dövlət qurumlarında təcrübə keçməkdə maraqlı olan gənclərin müraciətləri bu gündən etibarən qəbul olunacaq”.
Dövlət idarələrində təcrübə proqramından “1+4” proqramı üzrə ali təhsil alan və ya təhsilini başa vurmuş azərbaycanlı və erməni gənclər yararlana biləcəklər. Dövlət qurumlarındakı vakansiyalar www.hr.gov.ge saytında yerləşdiriləcək.
Qeyd edək ki, təcrübə proqramı ilə bağlı pilot layihə ötən il həyata keçirilib və layihə çərçivəsində 65 gənc 20 dövlət idarəsində təcrübə keçib.
Gürcüstanda azərbaycanlı gənclər dövlət qurumlarında təcrübə keçəcək
14 mart 2018 12:45 (UTC +04:00)
Avropa
KİV: ABŞ-nin Ukraynaya hərbi yardımı Aİ-nin dəstəyini azalda bilər
15:59
23 aprel 2024
Litva Prezidenti: Ukraynada döyüş meydanındakı vəziyyət birbaşa Qərbin dəstəyindən asılıdır
15:13
23 aprel 2024
Zelenski və Rişi Sunak arasında telefon danışığı olub
13:59
23 aprel 2024
İsveçrə Rusiyanın 318 milyon dollarlıq aktivlərini blokdan çıxarıb
12:54
23 aprel 2024