Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
# 17 mart 2018 11:19 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, idarənin "Sınıq-Körpü" gömrük postunda Türkiyədən Azərbaycana piyada sərnişin idxal xətti ilə gələn Azərbaycan vətəndaşları Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış "Heimann X-RAY" markalı rentgen aparatında gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd "Fantom" markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman preparatları 903 (doqquz yüz üç) ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR