ABŞ Suriyada hərbi əməliyyata başlayıb - YENİLƏNİB

ABŞ Suriyada hərbi əməliyyata başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 14 aprel 2018 03:14 (UTC +04:00)

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.

Onun sözlərinə görə, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

***

05:02

ABŞ administrasiyası Suriyaya mümkün hücum ilə bağlı qərar qəbul edib.

APA-nın məlumatına görə, bu barədə CNN xəbər verib.

Məlumata görə, yaxın saatlarda qərarla bağlı prezident D.Trampın bəyanatla çıxış edəcəyi gözlənilir. Ehtimala əsasən, ABŞ lideri Suriyaya qarşı hərbi əməliyyatın başlanmasını elan edəcək.

Qeyd edək ki, aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insanın öldüyü barədə xəbərlər yayılıb. Suriya və Rusiya hökumətləri bu xəbərləri yalan adlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR