Vergilər naziri Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Vergilər naziri Misirin Azərbaycandakı səfiri ilə görüşüb
# 16 aprel 2018 10:22 (UTC +04:00)

Vergilər naziri Mikayıl Cabbarov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı investisiya qoyuluşları üçün nəzərdə tutulan güzəştlər, azadolmalar və digər stimullaşdırıcı tədbirlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR