“Beynəlxalq Bank”ın daha iki əməkdaşının məhkəməsi başlayır

“Beynəlxalq Bank”ın daha iki əməkdaşının məhkəməsi başlayır
# 16 aprel 2018 10:39 (UTC +04:00)

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

APA-nın xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası aprelin 20-nə təyin edilib.

İttihama görə, hər iki şəxs vəzifədə işlədiyi dövrdə müştərilərin vəsaiti tamah yolu ilə mənimsəyərək, onlara qarşı ümumilikdə 118 min manat məbləğində pul vəsaitini ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR