Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib

Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən təsdiqlənib
# 16 aprel 2018 12:50 (UTC +04:00)

Ermənistanın hakim Respublika Partiyası və “Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

APA-nın “news.am” istinadən verdiyi məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib.

Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR