Böyük və Kiçik Qafqazın ərazisindən axan çayların səviyyəsi artıb - SİYAHI

Böyük və Kiçik Qafqazın ərazisindən axan çayların səviyyəsi artıb - <span style="color: red;">SİYAHI
# 16 aprel 2018 13:43 (UTC +04:00)

“Aprelin 15-i gündüzdən aprelin 16-sı səhərədək Böyük Qafqaza - Balakən, Zaqatala rayonlarının ərazisinə düşən leysan yağışlarının nəticəsində ərazidən axan Mazımçay, Talaçay və Balakənçay çaylarında suyun səviyyəsində kəskin artım qeydə alınıb. Hətta qısamüddətli daşqın müşahidə olunub”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, yağışlar nəticəsində Qanıx çayında suyun səviyyəsi kəskin artıb: “Qanıx çayında gün ərzində 82 santimetr artım müşahidə edilib”.

Baş hidroloq qeyd edib ki, atmosfer yağıntıları nəticəsində Kiçik Qafqazın ərazisindən axan – Kürəkçay, Zəyəmçay və Gəncəçay çaylarında da suyun səviyyəsində 5-6 sm artım baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR