Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar
# 16 aprel 2018 14:03 (UTC +04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.

55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, çempion olub. Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fatıyev (81 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb.

Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub. Ölkəmizi Rusiya və Yaponiya qabaqlayıb.

Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR