“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb

“Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb
# 16 aprel 2018 14:12 (UTC +04:00)

“Qarabağ”ın Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb. Apasport.az saytının məlumatına görə, Ağdam klubu XXIII turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb.

Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun yetirmələri IX turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır. “Qarabağ” son 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini – 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR