Gürcüstanda millətçi lider prezidentliyə namizəd olub

Gürcüstanda millətçi lider prezidentliyə namizəd olub
# 16 aprel 2018 14:37 (UTC +04:00)

Gürcüstanda prezidentliyə növbəti namizədin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın şovinist-millətçi təşkilatlarının təmsil olunduğu “Gürcü marşı” hərəkatının liderlərindən biri olan Sandro Breqadze prezidentliyə namizədliyini irəli sürüb. O bildirib ki, amerikalıların və rusların deyil, gürcülərin namizədi olacaq.

Qeyd edək ki, S. Breqadze diaspor məsələləri üzrə dövlət nazirinin müavini olub. "Gürcü marşı"nın son illər keçirdiyi aksiyalarda Gürcüstanı qeyri-qanuni miqrantlardan təmizlənməsi və miqrasiya siyasətinin qaydaya salınması tələb edilib.

S. Breqazde prezidentliyə namizədliyini açıqlayan ikinci namizəddir. İlk namizəd “Girçi - Yeni Siyasi Mərkəz” partiyasının liderlərindən biri Zurab Caparidze olub.
Qonşu ölkədə prezident seçkiləri bu ilin oktyabrında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR