Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib

Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib
# 16 aprel 2018 15:16 (UTC +04:00)

Binəqədi rayonunda Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərazisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftalmoloq-alimin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar.

Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Qeyd olunub ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, nəcib insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün məktəbdir. Zərifə Əliyevanın məşhur alim, istedadlı insan olmaqla yanaşı müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulanıb. Zərifə Əliyevanın xatirəsinin xalqın yaddaşından heç vaxt silinməyəcəyi, qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR