Samux sakini elektrik mişarı ilə işləyərkən xəsarət alıb

Samux sakini elektrik mişarı ilə işləyərkən xəsarət alıb
# 16 aprel 2018 18:45 (UTC +04:00)

Samux sakininin ayağını elektrik mişarı kəsib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sərkar kənd sakini 1965-ci il təvəllüdlü Həsənov Azad Yəhya oğlu elektrik mişarı ilə həyətdə iş görən zaman ehtiyatsızlıq nəticəsində ayağını kəsib.

O dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR