Türkiyə prezidenti NATO-nun baş katibi ilə görüşüb

Türkiyə prezidenti NATO-nun baş katibi ilə görüşüb
# 16 aprel 2018 19:52 (UTC +04:00)

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

APA-nın məlumatına görə, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan və Stoltenberq aprelin 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Dumada kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya ərazisində keçirilən əməliyyat ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR