Pentaqon: ABŞ Hümsdə hərbi əməliyyat aparmır

Pentaqon: ABŞ Hümsdə hərbi əməliyyat aparmır
# 17 aprel 2018 01:05 (UTC +04:00)

ABŞ hazırda Suriyanın Hüms əyalətində hər hansı hərbi əməliyyat aparmır.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Pentaqonun nümayəndəsi Erik Pahon bildirib.

“Hazırda həmin ərazidə hər hansı hərbi əməliyyat aparılmır”, deyə Pentaqon rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu gecə Hüms əyalətində yerləşən Suriya ordusuna məxsus “Şayrat” aviabazası raket hücumuna məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR