İsrail Müdafiə Ordusu: Suriyadakı hücuma dair məlumatımız yoxdur

İsrail Müdafiə Ordusu: Suriyadakı hücuma dair məlumatımız yoxdur
# 17 aprel 2018 01:46 (UTC +04:00)

İsrail Müdafiə Ordusunun Suriyada aviabazaya hücuma dair məlumatı yoxdur.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

“Suriyadakı hücuma dair heç bir məlumatımız yoxdur”, deyə mətbuat xidmətinin əməkdaşı vurğulayıb.

Bundan əvvəl Suriyanın SANA agentliyi məlumat verib ki, aprelin 17-ə keçən gecə Hüms əyalətində yerləşən “Şayrat” aviabazası raket hücumuna məruz qalıb. “Al Masdar” portalının məlumatına əsasən, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR