Suriyanın havadan müdafiə sistemləri tərəfindən Hüms ətrafında 9 raket vurulub

Suriyanın havadan müdafiə sistemləri tərəfindən Hüms ətrafında 9 raket vurulub
# 17 aprel 2018 02:36 (UTC +04:00)

Suriyanın havadan müdafiə sistemləri Hüms ətrafında “Şayrat” aviabazasına atılan 9 raketi vurub.

APA-nın məlumatına görə, bu barədə Suriyanın rəsmi SANA agentliyi xəbər verib.

Məlumata əsasən, insident nəticəsində ölən və yaralanan yoxdur.

“Al-Masdar” xəbər portalının hərbi mənbələrə istinadən məlumatına görə, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar. Məlumata görə, təyyarələr Suriyaya Livan ərazisindən daxil olublar.

Suriya hərbçilərinin qənaətinə görə, “Şayrat” aviabazasına zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR