II Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

II Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
# 17 aprel 2018 07:46 (UTC +04:00)

Bu gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, içməli suyun verilişində məhdudiyyət Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işləri ilə əlaqədardır.

"Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR