Bakıda “I MDB beynəlxalq bankçılıq sərgi-konfransı” başlayıb

Bakıda “I MDB beynəlxalq bankçılıq sərgi-konfransı” başlayıb
# 17 aprel 2018 08:06 (UTC +04:00)

Bu gün Bakıda ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər MDB ölkələrinin, habelə Avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda “MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı” öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, konfrans Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır.

Konfransda maliyyə texnoloji avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemləri nümayiş olunur. Konfransda müasir ödəmə və identifikasiya vasitələri, ATM təhlükəsizlik, kibertəhlükəsizlik mövzusunda geniş təqdimatlar keçirilir.

Konfransda “Unionpay”, “VİSA”, “Microsoft”, “Tinkoff bank”, “Oracle financial sevices”, “Kaspersky LAB”, “DenizBank”, “SWIFT” , “BVK technology”, “KAL-ATM software”, “ABBY”, “İntellect design”, “FBS Group”, “Capitalbanking solutions”, “UBİQ innovations”, “KOD-A”, “Fit Solutions”, “İntertech”, “Paymentology” “Olimpic banking systems by ERI” “BankSoft”, “Spinnaker” kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Bundan əlavə, tədbirin ikinci günündə maliyyə təşkilatlarının istəyinə uyğun olaraq texnoloji şirkət nümayəndələri ilə fərdi biznes görüşləri və müzakirələri aparılacaq. Tədbirdə, həmçinin yerli və xarici mətbuat nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR